"Batareyaları təhvil ver, təbiəti qoru" layihəsinə Birbank da qoşuldu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən start verilən "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsinə Birbank da qoşulub. Layihə çərçivəsində Birbank-ın baş ofisində 30 ədəd, filiallarında isə 119 ədəd xüsusi qutu yerləşdirilib. Artıq bankın müştəriləri və əməkdaşları istifadəyə yararsız elektrik batareyalarını bu qutulara atmaqla təhvil verə bilərlər.
Hazırda müxtəlif dövlət qurumları, şirkətlər, marketlər, təhsil müəssisələri və hotellər də daxil olmaqla 500-dən çox məntəqədə batareya toplama konteynerləri quraşdırılıb. Layihə çərçivəsində 2024-cü ildə 1645 kiloqram işlənmiş batareya toplanıb. Layihənin məqsədi istifadəyə yararsız batareyaların çeşidlənərək xüsusi konteynerlərdə toplanması və təhlükəsiz şəkildə utilizasiyasını təmin etməkdir.
1 may 2022-ci il tarixində başlanan "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi ekoloji davamlılığa və sosial rifahın artırılmasına xidmət edir. Geniş auditoriyanı əhatə edən layihə tullantıların düzgün idarə olunmasına dair məlumatlılığı artırmağı hədəf alır. Birbank-ın da qoşulması ilə layihə ölkəmizin bütün regionlarını əhatə etmiş olacaq.
Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən layihə ətraf mühitin mühafizəsi, insan sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və işlənmiş batareya tullantılarının səmərəli idarə olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri “yardıma ehtiyacı olan şəxs”i saxlayıb
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu memorandum imzalayıb
İlham Əliyev: “Qara qutu”ların açılması faciə günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Birbank-lılar "Yaşıl gələcək" naminə 2800-dən çox ağac əkdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













