Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL  Hərbçilər təlim zamanı xilasedici jiletlərlə təmin edilməyib
Far.Az xəbər saytı

Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL Hərbçilər təlim zamanı xilasedici jiletlərlə təmin edilməyib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin lazımi təhlükəsizlik avadanlığı, o cümlədən xilasedici jiletlərlə təmin edilmədiyini bildirib.

Far.Az xəbər verir ki, Tokayev bu barədə Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirdiyi müşavirədə danışıb.

Prezident qeyd edib ki, təlimlər zamanı hərbçilərin dəniz şəraitində istifadə olunan xilasedici jiletlərlə təmin edilməməsi ciddi nöqsandır.

Tokayev sülh dövründə hərbçilərin həlak olmasının yolverilməz olduğunu vurğulayıb və hadisəyə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin müəyyənləşdirilməsini tapşırıb.

O, həmçinin təlimlərin layihəsini kimin hazırladığını və təsdiqlədiyini, Baş Qərargahın fəaliyyətinin necə əlaqələndirildiyini, eləcə də Hərbi Dəniz Qüvvələrinin Baş Komandanının nə üçün təlimlərdə iştirak etmədiyini araşdırmağı tələb edib.

Qazaxıstan lideri hökumət komissiyasına hadisənin bütün hallarını araşdırmağı, təlimlərin hazırlanması və keçirilməsi, hərbçilərin təminatı, həmçinin təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdeh şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsini tapşırıb.

Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin olduğu qrup güclü dalğa və külək nəticəsində dənizə sürüklənib. Hadisə nəticəsində 12 hərbçinin öldüyü, 3 nəfərin xilas edildiyi, daha 2 hərbçinin axtarışlarının aparıldığı bildirilib.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər