Qərbi Azərbaycan Xronikası: Arıqlı erməni mənbələrində niyə Ariklu kimi qeyd edilib?
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Arıqlı erməni mənbələrində niyə Ariklu kimi qeyd edilib?" adlı süjet hazırlanıb.
Far.Az xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Ardanış, Arqel, Arıqlı toponimi və Arıqlı oronimi haqqında söz açılır.
Bildirilir ki, son 200 ildə ermənilərin və onların havadarlarının yeritdiyi siyasət nəticəsində azərbaycanlılara və onlara məxsus toponimlərə qarşı etnik təmizləmə aparılıb.
Vurğulanır ki, XX əsrin əvvəllərində və sonlarında gəlmə ermənilər, daşnaklar soydaşlarımıza qarşı tükürpədici cinayətlər törədərək onların deportasiyasını gerçəkləşdirib və türk izini silməyə çalışıblar: "Lakin adı çəkilən məkanları, oradakı cığırları belə heç vaxt unutmaq və unutdurmaq mümkün deyil. Çünki o yerlərin əsl sahibləri gəzdikləri cığırlara yenə ayaq basacaqlar".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xronika: "Əminik ki, bu qayıdış ermənilərin saxta əməllərinə və yalanlarına son qoyacaq"
Qərbi Azərbaycan Xronikası: Ağzıbir, Ağin, Ağıllı və Ağyar - türk tarixinin izi
Xronika: - Ağ rəngli yer adları: Qərbi Azərbaycanın unudulmaz xəritəsi
Qərbi Azərbaycan Xronikası: “Adı dəyişdirilib Azad və Kraşen qoyulan kənd”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













