Pakistanda atışma baş verib, azı iki nəfər ölüb, yaralılar var
Far.Az xəbər saytı

Pakistanda atışma baş verib, azı iki nəfər ölüb, yaralılar var


Pakistanın Kəraçi şəhərində iki qrup arasında baş verən atışmada azı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Far.Az xəbər verir ki, bu barədə “Geo TV” məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin mərkəzi hissəsində yerləşən Qolimar rayonunda baş verib.

Qeyd olunur ki, qarşıdurma iştirakçıları hadisə yerində avtomobilləri yandırıblar, nəticədə şəhərin Nazimabad və Lasbella rayonları arasındakı əsas yollarından biri müvəqqəti bağlanıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Oxşar xəbərlər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Pakistanda avtobus dərəyə aşıb, 25 nəfər ölüb
Pakistanda leysan və daşqınlar nəticəsində 195 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər