Ayxan Abbasov: "Millimizin futbolçuları hazırda yaxşı formadadırlar"
Azərbaycan millisinin futbolçuları hazırda yaxşı formadadırlar.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynə qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.
Mütəxəssis çətin oyuna çıxacaqlarını bildirib:
"Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuza çıxacağıq. Daha sonra bizi Andorra seçməsi ilə yoldaşlıq matçı gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyununa bələdik, Bakıda bu komanda ilə bərabərə qalmışdıq. Evdə daha inamlı çıxış etmək istəyəcəklər. Komanda olaraq görüşə hazırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Premyer Liqada qızğın mübarizə gedir və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq".
O, oyun ərəfəsində kənar söz-söhbətlərə fikir vermədiklərini, ancaq Lixtenşteynlə görüşə kökləndiklərini vurğulayıb:
"Toplanışlar zamanı futbolçularla danışıqlarımız olur. Müasir zəmanədir, bir çox futbolçular sosial şəbəkələrdən istifadə edirlər. Neqativdən uzaq qalmağa çalışırıq. Oyunçularla son görüşümüzdə də Lixtenşteyn komandasını təhlil etdik. Çünki tam oyuna köklənmişik. Düşünürəm ki, kənar müdaxilələrə çox da fikir vermək lazım deyil. Komandaya qarşı müəyyən tənqidlər ola bilər, bu normaldır. Lakin biz hər xırda detala fikir versək, ziyanımıza işləyə bilər. Bizə qarşı olan tənqidlərin cavabını qələbə ilə verə bilərik".
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Oxşar xəbərlər
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Röya Ayxan "Baldır Yar"ı təqdim etdi
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













