Ağstafada ərazilər su içində - Arxda baş verən daşqınlar problemə çevrilib
Far.Az xəbər saytı

Ağstafada ərazilər su içində - Arxda baş verən daşqınlar problemə çevrilib


Kanala gələn su həyətə dolur. Ərazilər su içindədir..

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, Ağstafa sakini arxın fəaliyyətindən narazıdır. Rayonun Qara Həsənli kənd sakini Sənan Orucov iddia edir ki, onun bağına yaxın ərazidən keçən arx daşanda bağı və həyətyanı ərazisi su altında qalır.Bundan əlavə ərazidəki 20 hektardan çox ərazini suvarmaq üçün qazılan arteziyan quyusu da suyun altındadır.

Arxın daşması digər qonşuların öz bağlarını suvarması nəticəsində yaranır. Vətəndaş illərdir bu vəziyyətdən əziyyət çəkdiyini bildirir.

Çəkiliş zamanı müraciətimizə əsasən Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsi əraziyə nümayəndə göndərdi.Əraziyə baxış keçirildi, problemdən xəbərdar olduqlarını bildirdilər. Qrumun rəisi Fərid Eyyubov "Xəzər Xəbər"ə bildirib ki, arxın vaxtı-vaxtında təmizlənməsi həyata keçirilir. Betonlama işinə gəldikdə isə növbəlilik prinsipi əsasında bu arxın da yenidən qurulması nəzərədə tutulur.Arteziyan quyusu isə fəaliyyətini dayandırıb. Quyunun digər ərazidə yenidən qazılması planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Görkəmli Azərbaycanlılar Panteonu: dostluq rəmzi - Tbilisi Botanika Bağından REPORTAJ
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər