Pakistanın səfiri Azərbaycana başsağlığı verib
Far.Az xəbər saytı

Pakistanın səfiri Azərbaycana başsağlığı verib


Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı başsağlığı verib.

Far.Az xəbər verir ki, "X" sosial şəbəkəsində səfir yazıb:

"Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir".

Xatırladaq ki, martın 19-da Gədəbəy istiqamətində qar uçqunu nəticəsində Azərbaycan ordusunun iki əsgəri Əli İmanov və Ruslan Həmidov həlak olublar. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində hər iki əsgərin meyiti tapılıb və ailəsinə təhsil verilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qasım Mohiuddin: Azərbaycan və Pakistan arasındakı ticarət səviyyəsi potensialdan aşağıdır
Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər