Səfir: Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarlığımı bildirirəm
Qırğızıstanın Bakıdakı səfiri Maksat Mamıtkanov ölkəsinin Fövqəladə Hallar Nazirliyinə xüsusi texnikanın verilməsi mərasimində Prezident İlham Əliyevin simasında Azərbaycan rəhbərliyinə səmimi minnətdarlığını bildirib.
Far.Az report-a istinadən xəbər verir ki, səfir həmçinin Azərbaycanın Qırğızıstana göndərdiyi növbəti yardıma görə Azərbaycan xalqına və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyi 10 ədəd "KamAZ" markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobilini Qırğızıstana verib.
"Bu, qardaş xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndiyinin və gələcəkdə daha da möhkəmlənəcəyinin əsl sübutudur. Bu, türk qardaşlığımızın daha da möhkəmlənməsi məqsədilə lazımi şəraitin yaradılması üçün liderlərimizin - prezidentlərimizin müəyyən etdikləri siyasi kursun təminatıdır", - səfir jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu yardım hazırda ölkəsi üçün həqiqətən də çox vacibdir. "Məhz yaz aylarında sel və digər fövqəladə hallar baş verir. Xüsusi texnika Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi üçün çox faydalı olacaq", - Mamıtkanov qeyd edib.
Xatırladaq ki, humanitar yardım Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə göndərilib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













