İcra başçısı olmaq istəyən şəxsi aldadıb 20 min manatını aldı: İLGİNC DƏLƏDUZLUQ
Far.Az xəbər saytı

İcra başçısı olmaq istəyən şəxsi aldadıb 20 min manatını aldı: İLGİNC DƏLƏDUZLUQ


Bakıda icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə başçı olmaq üçün razılaşdırılmış 400 min manatın 20 min manatını verib. Amma sonradan aldadıldığını başa düşüb.

BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, dələduzluqda təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü Akif Quliyevdir. Bu, Akif Quliyevin ilk cinayət əməli olmayıb. Quliyev daha əvvəl də dələduzluğa görə iki dəfə məsuliyyətə cəlb edilib. Hazırda oğurluq ittihamı ilə həbsdədir.

Onun bu dələduzluq əməli həbs ediləndən sonra üzə çıxıb.

Akif Quliyev sonuncu cinayət əməlində - dələduzluqda Arzuman adlı tanışını Daşkəsən Rayon İcra Hakimiyyətinə başçı təyin etdirəcəyini vəd edib. Buna görə, 400 min manat lazım olacağını deyib. Arzuman 20 min manat verib, amma sonradan heç bir iş görmədiyi üçün Akif Quliyevdən şikayət edib.

Məhkəmə istintaqı zamanı Akif Quliyevin əməlini etiraf edən səs yazıları da dinlənilib və sübut kimi qəbul edilib.

Maraqlıdır ki, 62 yaşlı Akif Quliyev daha əvvəl də cinayət əməlləri törətsə də, azadlıqda qalmağı bacarıb. Hər dəfəsində zərəri ödəmək və barışıq əldə etməklə həbslə bağlı olmayan cəza almağa nail olub. 2020-ci ildə isə bir nəfərdən 50 min manat alaraq onu Dövlət Gömrük Komitəsində işə düzəldəcəkmiş. Lakin onu da aldadıb və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Akif Quliyev bu dəfə də zərərçəkmiş şəxs Arzumanın pulunun 10 min manatını qaytarıb və onunla barışıq əldə edib. Ona yenə də azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Lakin digər cinayət - oğurluq əməli törətdiyinə görə cəzaları qismən birləşdirilməklə barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi - MƏHKƏMƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər