Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilib
26-28 mart 2025-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub.
XİN-dən BAKU.WS-ə verilən xəbərə görə, 28 mart tarixində Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən xarici işlər nazirinin müavini Liu Bin başçılıq ediblər.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.
Müzakirələr çərçivəsində, 3 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında keçirilmiş görüş zamanı qəbul olunmuş "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin tarixi əhəmiyyəti qeyd olunub.
Bu mühüm siyasi sənədin iki dövlət arasında strateji xarakterli əməkdaşlığın möhkəmləndirilməsi baxımından geniş üfüqlər açdığı vurğulanıb.
Nazir müavini Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi və mövcud maneələr, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.
Görüşdə tərəflər, həmçinin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Nazir müavini Elnur Məmmədov həmçinin 27 mart 2025-ci ildə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbərinin müavini Çen Cou ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluğun Azərbaycan və Çin arasında əlaqələrin hərtərəfli inkişafının təməli olduğu xüsusilə qeyd olunub.
Nazir müavini Elnur Məmmədov səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev ilə görüşüb və ölkəmiz ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Eyni zamanda nazir müavini Elnur Məmmədov Çin və Qloballaşma Mərkəzində qurumun rəhbərliyi və müxtəlif beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb. Azərbaycan Respublikası barədə hərtərəfli məlumat verib, regiondakı mövcud vəziyyət, həmçinin Azərbaycan-Çin əlaqələri barədə danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirib
-
Bakıda bu küçə təmirlə əlaqədar BAĞLANACAQ
-
ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, ölənlər var













