Heyvan otararkən minaya düşən şəxsin vəziyyəti bilindi
Far.Az xəbər saytı

Heyvan otararkən minaya düşən şəxsin vəziyyəti bilindi


Minaya düşən Ağdam sakininin vəziyyəti ağırdır.

BAKU.WS xəbər verir ki, Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1968-ci il təvəllüdlü kişi aprelin 2-də saat 12:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sağ baldırın aşağı 1/3 hissəsinin amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***12:06

İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 2025-ci il 2 aprel tarixində mina hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıblar. 

Qeyd edilib ki, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Nurəddin Feyzi oğlu heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Ağdam sakini minaya düşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qazax sakini minaya düşüb, ayağı amputasiya olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər