Burukun burnunu sıxan Mourinyonu hansı cəza gözləyir?
Ötən gün baş tutan İstanbul derbisində məğlub olan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyoya rəqib həmkarının burnunu sıxdığı üçün cəza veriləcək.
Far.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı 5-10 oyunluq cəzalandırılacaq və ya 45-90 gün müddətinə diskvalifikasiya olunacaq.
Matçın ardınca "Qalatasaray"ın baş məşqçisi Okan Buruk həm oyunla, həm də başına gələnlərlə bağlı açıqlama verib.
"Məncə yaxşı matç oldu. Hər iki komanda mübarizə apardı. Oyunçular meydanda yüksək performans göstərdilər, ehtiyyat skamyada da vəziyyət eyni idi. Matçdan əvvəl mən iki klubun baş məşqçilərinin əl sıxışmasını istərdim ki, lakin belə olmadı. Mən də o da hakimləri təbrik etməyə getdik. Bundan sonra onun mənə qarşı fiziki reaksiyasını doöru qəbul etmirəm. Bu mövzuda çox danışmaq istəmirəm", - deyə Buruk qeyd edib.
Xatırladaq ki, Okan Burukun burnunu sıxan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo matçın sonunda qırmızı vərəqə alıb.
Qeyd edək ki, gərgin keçən mübarizə "Qalatasaray"ın əzəli rəqibi üzərində 1:2-lik qələbəsi ilə başa çatıb.
Joze Mourinyo "qeyri-idman hərəkətinə" görə yarğılansa, o, Futbol İntizam Qaydasına əsasən 1-3 oyunluq cəzalandırılacaq. Lakin portuqaliyalı məşqçi "hücum" bəndi ilə mühakimə olunarsa, o, 5-10 oyunluq cəzalandırılacaq və ya 45-90 gün müddətinə diskvalifikasiya olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Okan Burukun burnunu sıxan Mourinyo "Real"ı çalışdırarkən oxşar hərəkəti edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Okan Buruk “Yanq Boyz”la cavab oyununa azərbaycanlı hakim tələb etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir
-
ABŞ Hörmüz boğazında "Azadlıq Layihəsi" əməliyyatını bərpa edə bilər
-
Tramp hantavirusun araşdırılması ilə bağlı aktiv tədqiqatın aparıldığını açıqlayıb
-
Prezident və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
-
Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB













