İspaniyada 18 yaşlı hakimə hücum edən futbolçu 1 illik cəzalandırılıb
İspaniyanın "Portonovo 1979" klubunun futbolçusu Xorxe Komesanya veteranların matçında 18 yaşlı hakim Alexandro Nine Falkona hücum etdiyinə görə 1 illik disvalifikasiya olunub.
"Report" "Diario de Pontevedra" nəşrinə istinadən xəbər verir ki, insident oktyabrın 31-də "Bamio" komandası ilə keçirilən qarşılaşmada baş verib.
Vilyaqarsiya-de-Arousa şəhərində təşkil olunan oyunun 70-ci dəqiqəsində, hesab 0:0 olarkən X.Komesanya rəqiblə münaqişədən sonra ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
Hakim protokoluna əsasən, qırmızı vərəqədən sonra futbolçu referinin üzündən iki əli ilə tutaraq onu silkələməyə başlayıb. Daha sonra o, yumruqla zərbə endirməyə cəhd edib və yenidən hakimin üzündən tutaraq onu itələyib. A.N.Falkon qazonun üzərinə yıxılıb.
Hər iki komandanın oyunçuları hakimin ayağa qalxmasına və paltardəyişmə otağına getməsinə kömək ediblər və matç yarımçıq saxlanılıb. Sonradan tibbi yardım üçün müraciət edən referi ciddi xəsarət almayıb.
Qeyd edək ki, A.N.Falkon ötən mövsümdə də hücuma məruz qalıb. Qarşılaşmaların birində futbolçu onun ayağını tapdalayıb.
Oxşar xəbərlər
"Nine Senses"də Sağlamlıq Həftəsi çərçivəsində Sağlamlıq Günü keçirildi
"Nine Senses Fest 2026" festivalına bu gündən etibarən start verilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7













