Ağdərədə iki şəhidə aid olduğu ehtimal edilən qalıqların tapılması ilə bağlı araşdırma aparılır - RƏSMİ
Far.Az xəbər saytı

Ağdərədə iki şəhidə aid olduğu ehtimal edilən qalıqların tapılması ilə bağlı araşdırma aparılır - RƏSMİ


İnsan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Bildirilib ki, aprelin 2-də Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda sümüklərin kimə məxsus olması istiqamətində zəruri prosessual hərəkətlər icra edilir. 

Fakla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***11:25

Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərindən biri götürülüb. 

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə şəhid Qurban Göyüşovun qardaşı Zahir Göyüşov məlumat verilib. 

Onun sözlərinə görə, qalıqları kənd sakinləri aşkarlayıb, daha sonra aidiyyəti qurumlar bu barədə məlumatlandırılıb: 

"Ötən gün mənim də iştirakımla qardaşıma aid edildiyi ehtimal edilən qalıqlar prokurorluq tərəfindən götürüldü və ekspertizaya təhvil verildi". 

***11:00

Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.

Bildirilib ki, qalıqlar həmin şəxslərin 1992-ci il martın 12-də şəhid olduqdan sonra yaxınlarının qoyub getdikləri yerdə tapılıb.

Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər