Bulanıq suda balıq sevdası - Sədərək və Binə arasındakı gölə "səyahət"
Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində, Sədərək və Binə ticarət mərkəzlərinin yaxınlığında yerləşən gölün suyu və ətrafı çirkli vəziyyətdədir. Buna baxmayaraq, balıqçılar həmin göldən balıq tuturlar.
Far.Az xəbər verir ki, report-un əməkdaşı əraziyə baş çəkib, balıqçılarla həmsöhbət olub.
Onların sözlərinə görə, bəziləri sadəcə həvəskardır. Amma bir çox balıqçı tutduğu balığı həm yeyir, həm də satır.
Göldəki acınacaqlı vəziyyətlə bağlı ekoloq Rövşən Abbasov qeyd edib ki, ümumiyyətlə, Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyəti qənaətbəxş deyil:
"Ölkənin ən böyük səkkiz gölü haqqında geniş araşdırma aparılıb və bu göllərin müxtəlif tullantılarla çirkləndiyi müəyyən olunub. Sözügedən göldə də çirkləndiricilər var. Bu tip göllərdə balıq tutulmamalıdır. Balıq çirkabı öz bədəninə tez çəkən bir canlıdır".
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu isə bildirib ki, qeyd olunan ünvanda mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil:
"Təchizat sistemi olmayan ərazilərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Nadir Muradov "Sözügedən gölün və ətrafının vəziyyətindən xəbərdarsınızmı?" sualına "o gölə heç nə axıdılmır" cavabını verib.
Sözügedən göllə bağlı məlumat almaq üçün qurumun digər səlahiyyətli şəxsinə yönləndirildik. Onunla dəfələrlə telefon əlaqəsi saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
ABŞ-də DÇ-2026 zamanı 600-dən çox dron tutulub
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir













