Pakistan ABŞ və İranı İslamabad memorandumuna riayət etməyə çağırıb
Far.Az xəbər saytı

Pakistan ABŞ və İranı İslamabad memorandumuna riayət etməyə çağırıb


Pakistan ABŞ və İranı eskalasiyadan çəkinməyə və İslamabad Memorandumunun şərtlərinə əməl etməyə çağırır.

"Report"un məlumatına görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

"Pakistan regionda gərginliyin artmasından dərin narahatlığını bildirir. Münaqişənin yenidən alovlanması heç kimin xeyrinə deyil. Pakistan bütün tərəfləri təmkinli olmağa, regional sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır", - bəyanatda deyilir.

XİN həmçinin vurğulayıb ki, İslamabad bütün tərəfləri təkidlə regionda və ondan kənarda qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və ortaq rifah üçün möhkəm təməl olaraq qalan İslamabad Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırır.

Oxşar xəbərlər

Vilayət Eyvazov: Daxili Qoşunlar istənilən xidməti-döyüş tapşırığını yerinə yetirməyə qadirdir
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər