Polşa 14 illik fasilədən sonra Dəməşqdəki səfirliyini açır
Far.Az xəbər saytı

Polşa 14 illik fasilədən sonra Dəməşqdəki səfirliyini açır


Polşa gələn ilin yanvar ayında Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Hazırda Dəməşqdə səfirlik binasının heyətin qəbuluna hazırlanmasına cavabdeh olan Polşa müvəkkili var. Söhbət ilk növbədə on ildən çox əvvəl tərk edilmiş binanın təmirindən gedir. Obyekt hərbi əməliyyatlar nəticəsində zərər çəkməsə də, onun yenilənməyə ehtiyacı var.

Xatırladaq ki, Polşanın diplomatik heyəti 2012-ci ildə başlayan müharibə ilə əlaqədar Suriyadan çıxarılmışdı.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər