Bu səhər Moskvada yaşayanlara XƏBƏRDARLIQ edildi
Bu gün Rusiyanın paytaxt şəhəri Moskvada qarlı hava müşahidə ediləcək.
Far.Az xəbər verir ki, bu barədə bazar ertəsi, aprelin 7-də Rusiyanın "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.
O, yolların və səkilərin çox sürüşkən olacağını, bəzi yerlərdə buz bağlamasının mümkünlüyünü qeyd edib.
"Havanın temperaturu mənfi 1-dən 1-ə, rayonlarda mənfi 2-dən 3-ə qədər dəyişəcək. Şimal-şərq küləyi saniyədə 4-9 metr olacaq, atmosfer təzyiqi bir qədər yüksələcək və 742 millimetr civə təşkil edəcək ki, bu da normadan aşağıdır", - deyə Leus bildirib.
Meteoroloq çərşənbə axşamı üçün arabir sulu qar və qar yağacağını, temperaturun sıfırdan müsbət iki dərəcəyə qədər olacağını proqnozlaşdırır.
Moskvada fırtına xəbərdarlığı elan edilib.
Həmçinin Rusiyanın Hidrometeorologiya Mərkəzi xəbərdarlıq edib ki, ölkənin Mərkəzi Dairəsində 20 santimetrə qədər qar yığınları əmələ gələ bilər. Bu zaman orta temperatur iqlim normasından təxminən iki-dörd dərəcə aşağı olacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Sabah axşam sulu qar yağacaq, gecə və səhər bəzi yollar buz bağlayacaq
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
ABŞ-də DÇ-2026 zamanı 600-dən çox dron tutulub
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir













