Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
Far.Az xəbər saytı

Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib


Prezident İlham Əliyev Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib. 

Far.Az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. 

Sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, üzvləri isə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru,  Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru, "Azərenerji" ASC-nin vitse-prezidenti, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, "PAŞA Holdinq" və "NEQSOL Holdinq" MMC-lərin Baş icraçı direktorları, Azərbaycanın Yaponiyada səfiridir. 

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə onun Katibliyi yaradılacaq. Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. 

Xarici İşlər Nazirliyi Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərməlidir. 

Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər