BTQ "Dekolonizasiya: Sakit inqilab" adlı beynəlxalq konfrans keçirəcək
Far.Az xəbər saytı

BTQ "Dekolonizasiya: Sakit inqilab" adlı beynəlxalq konfrans keçirəcək


Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə aprelin 15-də Nyu-York şəhərində yerləşən BMT-nin mənzil-qərargahında "Dekolonizasiya: Sakit inqilab" adlı beynəlxalq konfrans keçiriləcək.

Far.Az xəbər verir ki, tədbirdə müstəmləkəçilik irsinin iqtisadi, siyasi və sosial sahələrdə yaratdığı dərin təsirlər, habelə müstəmləkə siyasətinin fəsadlarından əziyyət çəkən yerli xalqların siyasi və iqtisadi müstəqilliyə nail olmaq yolundakı səyləri və bu prosesdə üzləşdikləri əsas maneələr ətraflı şəkildə müzakirə olunacaq.

Konfransda Dənizaşırı ərazilərdə - Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sen Martin, Reyunyon, Boneyra, Aruba, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianasında fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təmsilçiləri, insan haqları müdafiəçiləri, siyasətçilər, dekolonizasiya üzrə ekspertlər, o cümlədən Fransanın keçmiş müstəmləkələrindən olan nümayəndələr iştirak edəcəklər.

Eyni zamanda Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlərin yerli xalqların öz müqəddəratını təyinetmə və ərazilərin dekolonizasiya hüququnu məhdudlaşdırması əsas müzakirə mövzusu olacaq.

BTQ nümayəndə heyəti səfər çərçivəsində həmçinin BMT-nin Afrikaəsilli Şəxslərin Daimi Forumunun illik sessiyasında (PFPAD) da iştirak edəcək.

Oxşar xəbərlər

BTQ-nin icraçı direktoru: Müstəmləkəçilik əsarəti altındakı regionlar Azərbaycana ümid qapısı kimi baxırlar
BTQ-nin icraçı direktoru: Təzyiqlər heç bir halda təşkilatımızın fəaliyyətinə təsir göstərməyəcək
Fransasayağı demokratiya – Martinikdə soyqırımı həyata keçirilir - ŞƏRH
Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr edilmiş tədbir keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər