Oskar mükafatlarına yeni nominasiyalar əlavə olunub
Amerika Kino Akademiyası 2028-ci ildə keçiriləcək 100-cü Oskar mərasimində yeni bir nominasiyanın – "Dublör dizaynı" üzrə mükafatın təqdim ediləcəyini açıqlayıb. Yeni mükafat 2027-ci ildə ekranlara çıxacaq filmləri əhatə edəcək.
Far.Az trt haber-ə istinadən xəbər verir ki, akademiyanın baş direktoru Bill Kramer və rəhbəri Janet Yang birgə bəyanatlarında, "Kino tarixinin ilk günlərindən etibarən dublör dizaynı film istehsalının ayrılmaz hissəsi olub. Bu texniki və yaradıcı sənət adamlarının yenilikçi işlərini təqdir etməkdən qürur duyuruq", – deyə bildiriblər.
Hazırda Akademiyanın istehsalat və texnologiya bölməsində 100-dən çox dublör mütəxəssisi fəaliyyət göstərir.
Yeni mükafat ideyasının əsas təşəbbüskarlarından biri rejissor David Leitch olub. O, karyerasına aktyor Brad Pitt kimi ulduzlar üçün dublörlük etməklə başlayıb və "John Wick" kimi aksiyon dolu filmlərə imza atıb. Leitch və dublör koordinatoru Chris O'Hara bu nominasiyanın əlavə olunması üçün Akademiyaya rəsmi müraciətlər etmişdi.
Qeyd edək ki, Akademiya bu il daha bir yenilik edərək 2025-ci ildə nümayiş olunacaq filmlər üçün "Kasting üzrə uğur" nominasiyasını da mükafatlar siyahısına əlavə edib.
Oxşar xəbərlər
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda "Barselona" akademiyası: İnkişaf üçün əla fürsət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
Ağdamda ağır yol qəzasında 4 nəfər ölüb
-
Netanyahu: İranla müharibə hələ bitməyib













