Azərbaycan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlığa dair sənəd imzalayıb
Azərbaycan və İtaliya kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında məlumat verib.
Sənəd azərbaycanlı nazirin İtaliyaya işgüzar səfəri çərçivəsində onunla İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani, şirkətlər və "Made in Italy" naziri Adolfo Urso arasında imzalanıb.
"Sənəd ölkələrimiz arasında sənaye tərəfdaşlığının genişləndirilməsinə, Azərbaycanın resurs potensialı ilə İtaliyanın texnoloji təcrübəsinin birləşdirilməsinə yönəlib. Bu əməkdaşlıq emal imkanlarının inkişafı və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə təşəbbüslərə yeni imkanlar açır", - M.Cabbarov vurğulayıb.
İtaliyaya işgüzar səfərimiz çərçivəsində İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani (@Antonio_Tajani), şirkətlər və “Made in Italy” naziri Adolfo Urso (@adolfo_urso) ilə birlikdə kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzaladıq. Sənəd ölkələrimiz arasında #sənaye tərəfdaşlığının genişləndirilməsinə, #Azərbaycan-ın resurs potensialı ilə #İtaliya-nın texnoloji təcrübəsinin birləşdirilməsinə yönəlib. Bu əməkdaşlıq emal imkanlarının inkişafı və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə təşəbbüslərə yeni imkanlar açır. #EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 22, 2026
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
"Gəncə Mall"da oğurluq
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək













