UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda hesab bərabərləşdi
Far.Az xəbər saytı

UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda hesab bərabərləşdi


"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ikinci qol vurulub.

BAKU.WS xəbər verir ki, Eyden Makkarti 39-cu dəqiqədə hesabı bərabərləşdirib.

***20:55

"Sabah" - "Borussiya Dortmund" qarşılaşmasında hesab açılıb.

BAKU.WS xəbər verir ki, Seru Qirassi 10-cu dəqiqədə hesabı açıb.

***20:45

Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Sabah" - "Borussiya Dortmund" qarşılaşması start götürüb.

BAKU.WS xəbər verir ki, görüşü ispaniyalı hakim Xavyer Alberola Roxas idarə edir.

***19:27

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Sabah" " və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

"Borussiya": Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.

Qeyd edək ki, "Sabah" – "Borussiya" görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər