Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.
Far.Az apa-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirələrdən sonra qəbul edilən qərara əsasən, Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək. Şirvan Apelyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Füzuli rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov Fərid İlham oğlu və Sarıyev Xəyal Əjdər oğlu isə vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunublar.
Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarov və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədov vəzifələri dəyişdirilərək, Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin olunublar.
Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev, Şəmkir rayon Məhkəməsinin hakimi Taleh Musayev də vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev, Ağdaş rayon məhkəməsinin hakimi Cavid Sultanov, Masallı rayon Məhkəməsinin hakimi Ceyhun Quliyev və Saatlı rayon Məhkəməsinin hakimi Mirlətif Sadıqov vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin ediliblər.
Elşad İbiş oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.
Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərini təyin edir, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimləri vəzifədən kənarlaşdırır.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Hacıqabulda yol qəzasında üç nəfər ölüb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













