Bakıda qızına qarşı seksual zorakılıq edən atanın İFADƏSİ: "Falçı demişdi"
Bakıda 44 yaşlı ata doğma qızına qarşı seksual xarakterli hərəkətlər edib. Məlumata görə, 2007-ci il təvəllüdlü qız son 3 il ərzində mütəmadi olaraq bu cür zorakılığa məruz qalıb.
BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, ata özünü təqsirli bilməyib.
O deyib ki, qızını ona qarşı ifadə verməyə anası və əmisi məcbur edib.
Qasım (ad şərtidir) bildirib ki, qızı başqa oğlanlarla danışıb və erkən yaşda evlənmək istəyib. Buna görə qızını iki dəfə döyüb. Onun sözlərinə görə, qızı, həmçinin bunun qisasını ondan alıb.
Məhkəmədə zərərçəkmiş kimi dindirilən qız deyib ki, atası dəfələrlə onu öpmək, ona toxunmaq istəyib. Lakin müqavimət göstərərək buna imkan verməyib.
"Atam bir dəfə mənə dedi ki, falçıya gedib. Guya falçı atama deyib ki, ailəmizin üstündə qara buludlar var. Həmin qara buludların dağılması üçün guya atam məni öpməli, qucaqlamalı imiş", - deyə zərərçəkmiş qız ifadəsində göstərib.
Qızın sözlərinə görə, bir gün televiziyada atanın övladına qarşı zorakılıq etməsi barədə xəbər izləyib:
"Qız atasını gizli videoya çəkib polisə şikayət etmişdi. Mən də atamın səsini yazıb ondan şikayət etdim".
Zərərçəkmiş qız əlavə edib ki, iki dəfə ona elçi gəliblər. Lakin ərə getməyə razılaşmayıb.
Məhkəmə atanın qızına qarşı seksual xarakterli hərəkətlər etməsini etiraf etdiyi səs yazılarını da sübut kimi araşdırıb. Həmin səs yazılarında ata qızına falçının istəyi ilə münasibətdə olmalarının vacibliyini deyir.
Qızına qarşı seksual xarakterli hərəkətlər edən şəxs məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Mingəçevirdə ata narkotik qəbul edərək qızı ilə intim əlaqədə olmaq istədi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ: 21 nəfər xəstəxanaya yerləşdirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2026)
-
Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi













