Qanunsuz mərc oyunlarına görə təqsirləndirilən şəxs sərbəst buraxıldı
Far.Az xəbər saytı

Qanunsuz mərc oyunlarına görə təqsirləndirilən şəxs sərbəst buraxıldı


Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Urfan Quliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq ona təyin olunmuş bir il 10 ay 10 gun müddət ev dustaqlığı ilə əvəz olunaraq məhkəmə zalından azadlıga buraxılıb.

Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Həmçinin ittihamçı onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

İttihama görə, Urfan İlqar oğlu Quliyev Bakıda qanunsuz onlayn qumar və mərc oyunları təşkil edib. Yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsinin 29 milyon manatdan artıq olduğu müəyyənləşib.

U.Quliyev bu yolla üç milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə və 1.7 milyon manatdan artıq vergidən yayınmaqda təqsirləndirilib.

O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qanunsuz mərc oyunlarının təşkilində təqsirləndirilən şəxsə iki maddə üzrə bəraət verilib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Dövriyyəsi 10 milyon manatı keçən, onlayn qumar təşkil edən dəstə ifşa olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər