Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib
Far.Az xəbər saytı

Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib


Nazirlər Kabineti "Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları"nı təsdiq edib. 

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, Qaydalar "Aviasiya haqqında" qanuna uyğun hazırlanlb və hava gəmilərinin beynəlxalq uçuş əməliyyatları, məşq uçuşları və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların təşkilinə dair tələbləri müəyyən edir.

Qaydalarla tənzimlənməyən məsələlər "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 2 nömrəli Əlavə - "Uçuşların qaydaları" və 6 nömrəli Əlavə - "Hava gəmilərinin istismarı" ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir.

Qaydalarda istifadə olunan anlayışlar qanunla və digər normativ hüquqla müəyyənləşdirilmiş mənaları ifadə edir.

Hava gəmisi ilə insanların həyatına və sağlamlığına və ya əmlakına təhlükə yarada biləcək uçuşların yerinə yetirilməsinə yol verilmir. 

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər