İntiqam Babayev vəzifəsindən AZAD EDİLDİ
Far.Az xəbər saytı

İntiqam Babayev vəzifəsindən AZAD EDİLDİ


"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri işdən çıxarılıb.

Far.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, İntiqam Babayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. Bu barədə qurumun yeni sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, İntiqam Babayev 2023-cü ilin yanvar ayından sözügedən vəzifəyə gətirilib. Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub. İ.Babayev 21 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bu ilin fevral ayında Rüfət Nahid oğlu Mahmud "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər