Bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib
Far.Az xəbər saytı

Bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib


III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, tərkibə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri daxil edilib.

Eyni zamanda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini və Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təşkilat Komitəsindən çıxarılıb. 

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər