"Müqəddəs icma" inşası və ya tanrılığa iddia: Ermənilər nəyin axtarışındadırlar?
Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda Xankəndinin ən hündür nöqtəsi - Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyində inşa olunan nəhəng kompleksdəki erməni mifologiyasına söykənən simvollardan bəhs edib.
Bildirilib ki, qondarma erməni mifologiyasında "Həyat ağacı" adlanan simvol mövcuddur:
"Həyat ağacı" yaranış konsepsiyasına eyham vuran fundamental simvoldur. Erməni toplumunun inancına görə, bu ağac yaşadığımız, yeraltı və ilahi dünyanı ifadə edir və birləşdirir. Bu miflərə əsasən, ağacın kökləri yeraltı səltənətə gedir, budaqlar isə göylərə doğru ucalır. Erməni təbliğatı daha da irəli gedərək özlərini sadəcə bəşəriyyətin ilk insanları kimi deyil, ümumiyyətlə, yaranışın bünövrəsini qoyan ilahlar kimi təqdim etməyə çalışır".
Qeyd edilib ki, mağaranın tavanında inşa edilən barelyefin üzərindəki ilk rəsm Böyük Partlayış nəzəriyyəsini əks etdirir:
"Barelyef üzərində təsvir olunan rəsmlərin ardıcıllığı bu şəkildədir: Böyük Partlayış, planetlərin yaranması, Nuh tufanı və "Həyat ağacı". Həmin ardıcıllıq təsadüfi deyil, vahid bir konsepsiya kimi düşünülüb. Eyni zamanda Nuh tufanına qədər baş verənlərin bəşəriyyət üçün əhəmiyyət daşımadığı ideyasını irəli sürür. Erməni toplumu isə bu universal konsepsiyadan kənara çıxaraq heç bir xalqın etmədiyi iddianı irəli sürür. Onlar bilavasitə qədim mədəniyyət və sivilizasiyaların tək varisi olduqlarını iddia edirlər".
Jurnalistin sözlərinə görə, erməni mifoloji konsepsiyasının əsas sütunlarından biri olan yaradılış və varislik iddiaları təkcə kosmoqonik təsəvvürlərlə məhdudlaşmır:
"Onlar həm də tarixi hadisələri milli kimliklərinə uyğun şəkildə yenidən formalaşdıraraq bəşəriyyətin mühüm dönəmlərini mifoloji konstruksiyalarında əks etdirirlər".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bu gün ilk Qədr gecəsidir
Bu gün Üçüncü Qədr gecəsidir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













