Türkiyə səfiri: Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb
"Xankəndinin qısa müddətdir azadlığına qovuşmasına baxmayaraq, burada həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb. Qarabağ Universitetində çox gözəl tələbələr təhsil alır".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu diplomatik korpus nümayəndələrinin Qarabağa səfərində iştirak edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün jurnalistlərə bildirib.
O qeyd edib ki, bütün bu işlər Azərbaycan Prezidentinin göstərdiyi səylərin nəticəsində aparılır:
"Xankəndinin qısa müddətdir azadlığına qovuşmasına baxmayaraq, burada həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb. Qarabağ Universitetində çox gözəl tələbələr təhsil alır. Burada olmaqdan və Azərbaycan Hökumətinin gördüyü tədbirlərlə tanışlıqdan məmnunuq. Universitetin "İncəsənət" fakültəsini də ziyarət edərək, fakültənin tələbələrinin çıxışlarını izlədik. Qısa müddət ərzində burada çox istedadlı tələbələr yetişib. Onlar mühəndislik və xarici dillər üzrə təhsil alır. Bu isə həm Xankəndidə, həm də Şuşada, ümumiyyətlə, Qarabağda çox uğurlu tələbələrin yetişəcəyi deməkdir. Bütün bunlar Prezident İlham Əliyevin göstərdiyi səylərin nəticəsində həyata keçirilib. Bu işdə əməyi olan hər kəsi təbrik edirəm. Qardaş ölkəniz olaraq Azərbaycanın bu sahədəki uğurlarını görməkdən qürur duyuruq. Burada bərpa-quruculuq işləri tam sürətlə davam edir. Qarabağda inşa edilən yolları, məktəbləri görüb çox şad olduq. Bu gün bizim üçün sevindirici gündür".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ərdoğan Azərbaycana yeni səfir təyin edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













