Naxçıvanda "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışları keçirilib
Far.Az xəbər saytı

Naxçıvanda "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışları keçirilib


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışları keçirilib.

Far.Az report-a istinadən xəbər verir ki, yarışların keçirilməsində məqsəd şəxsi heyət arasında fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, mənəvi-psixoloji xüsusiyyətlərin tərbiyə edilməsi, həmçinin idman növlərinin geniş yayılmasına nail olmaqdır.

Yarışlardan öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iştirakçılara yarışların qaydaları barədə məlumat verilib.

Struktur qurumların hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşlarından ibarət yığma komandalar uzunluğa və hündürlüyə tullanma, turnikdə dartınma və 2400 metr məsafəyə qaçış növləri üzrə yarışlarda iştirak ediblər.

Sonda ilk 3 yeri tutan komandalar medal və fəxri fərmanla təltif olunublar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər