Triatlonçularımız Türkiyə Kubokunda uğurla çıxış ediblər
Triatlon millisinin üzvləri Türkiyənin Serik şəhərində keçirilən Triatlon üzrə Türkiyə Kubokunda uğurla çıxış edərək ölkəni layiqincə təmsil ediblər.
BAKU.WS xəbər veirr ki, yarışda müxtəlif yaş kateqoriyalarında iştirak edən idmançılar arasında 2011-ci il təvəllüdlü Raul Mahmudov parlaq nəticə göstərərək öz yaş qrupunda 1-ci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2012-ci il təvəllüdlülər arasında keçirilən yarışda Şamil Dövlətov 7-ci yerin sahibi olub.
2008–2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən və ümumilikdə 56 iştirakçının mübarizə apardığı yarışda isə Azərbaycan təmsilçiləri aşağıdakı nəticələri əldə ediblər:
-Əli Rzazadə – 14-cü yer
-Tamerlan Musayev – 22-ci yer
-Teymur Cəfərov – 26-cı yer
Azərbaycan Triatlon Federasiyası yarışda çıxış edən bütün idmançıların nəticələrini müsbət qiymətləndirir və onların beynəlxalq arenada əldə etdiyi təcrübənin gələcək inkişaflarında mühüm rol oynayacağına inanır. Federasiya komandanın hazırlıq prosesini davam etdirərək qarşıdakı yarışlara daha güclü heyətlə qatılmağı planlaşdırır.
Oxşar xəbərlər
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













