"Yasak elma"nın aktrisasının rəfiqəsini qətlə yetirdiyi cinayətin detalları bəlli oldu
Aktrisa Sevil Akdağın rəfiqəsini qətlə yetirdiyi cinayətin detalları bəlli olub.
Far.Az xəbər verir ki, bu barədə Elif Kıravın yaxın rəfiqəsi Bade Taş danışıb. O bildirib ki, son zamanlar ikilinin münasibəti yaxşı olmayıb.
"Sevil, nə vaxt spirtli içki içsə və ya başqa bir maddə istifadə etsə, Elifi çağırırdı. Daim ağlayırdı, təklikdən şikayətlənirdi. Onun üzərində duyğusal təzyiq yaratmağa çalışırdı" - deyə Bade qeyd edib.
Hadisə günü Elif və dostları restoranda olub. Orada Sevil Akdağ da olub. Sevil ayaqyoluan gedib qayıtdıqdan sonra Elifə artıq sənlə əylənməyəcəyəm deyib və məkanı tərk edib.
Bundan sonra Elif başqa bir rəfiqəsi ilə digər məkanda əylənməyə davam edib. Bunu həzm edə bilməyən Sevil axırda onun evinə gedib:
"Sevil gecə boyunca Elifə tez-tez zəng edərək onu narahat edib. Elif isə ona vəziyətinin yaxşı olmadığını bildirib və evinə gəlməsini istəmədiyini deyib.
O sabaha yaxın kəsici aləti götürərək Elifin evinə gəlib. Telefonunu qapının yanında qoyub ki, heç ki onu narahat etməsin. Hər şeyi palnlayıbmış. Ona 35 bıçaq yarası vurub" - deyə Bade qeyd edib.
Xatırladaq ki, aktrisa Sevil Akdağ rəfiqəsi Elif Kıravı qətlə yetirib. Hadisə iki gün əvvəl gecə saatlarında baş verib.
Elif Kıravı bıçaqla qətlə yetirən S. Akdağ daha sonra intihara cəhd edib. Polis tərəfindən saxlanılan Akdağ içkili olduqlarını, dava etdiklərini, mərhumun onu vurduğunu və hadisənin daha sonra baş verdiyini bildirib.
Kıravın yaxınları isə onun 30 bıçaq yarası olduğunu söyləyib.
Xatırladaq ki, Sevil Akdağ bir zamanların reytinqli serialı "Yasak elma" da rol alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI
-
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Azərbaycanın turizm sektoru yay mövsümündən necə çıxıb? - ARAŞDIRMA
-
"Yandex" axtarış sisteminin Azərbaycandakı payı 9 dəfə azalıb













