Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM
Far.Az xəbər saytı

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM


Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, Sərəncamla Azərbaycan Nazirlər Kabineti Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi isə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər