Qərbi Azərbaycan Xronikası: Asnı türk tayfasının adını yaşadan məkan
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Asnı türk tayfasının adını yaşadan məkan" adlı süjet hazırlanıb.
Süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş toponimi və Atdaş hidronimi haqqında söz açılır.
Bildirilir ki, Cənubi Qafqazla bağlı xüsusi işğalçılıq planı həyata keçirən ermənilər havadarları ilə tarixi saxtalaşdırmaqla özlərinə aid olmayanı mənimsəyiblər.
Vurğulanır ki, yaddaşlarda qədim türk-oğuz yurdu kimi qalan bu toponimlərin də adı ermənilər tərəfindən ləğv olunaraq və ya dəyişdirilərək izi itirilən qədim məskənlərimizin siyahısına daxil edilib: "Ancaq əminik ki, gec və ya tez bu məkanlar öz sahiblərinə qovuşacaq və qədim doğma adlar yenidən bərpa ediləcək".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qərbi Azərbaycan Xronikası: Ağcaqala, Ağcaqışlaq, Ağcaquş - türk tarixinin izi
Alagöz türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB
-
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib













