Azərbaycan Prezidentinin Çinə dövlət səfəri - Milli musiqimizin sədası altında rəsmi ziyafət
Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə təşkil olunacaq rəsmi ziyafətin menyusu bəlli olub.
Far.Az xəbər verir ki, tədbir yüksək protokol çərçivəsində təşkil olunacaq və qonaqlara həm Çin, həm də Azərbaycan mətbəxinə məxsus dadlar təqdim ediləcək. Tədbirdə səsləndiriləcək musiqi nümunələri sırasında "Arşın mal alan" filmindən parçalar, "Ağ yelkən", "Mənim Azərbaycanım", "Bakı", "Sənə də qalmaz", "Nostalji" kimi yaddaqalan əsərlər yer alacaq. Musiqilər Çinin Xalq Azadlıq Ordusunun Hərbi Orkestri tərəfindən, tanınmış dirijor Çjao Çuantszeyin rəhbərliyi ilə ifa olunacaq.
Ziyafətin menyusu zənginliyi və orijinallığı ilə seçilir.
Soyuq başlanğıclar:
-
Toyuq bulyonunda müxtəlif dəniz məhsulları
-
Xırtıldadılmış mal əti dilimləri
-
Ənənəvi Pekin ördəyi
-
Bulyonda bişirilmiş mövsümi tərəvəzlər
-
Safran sousunda bişirilmiş treska balığı
İsti yeməklər və desertlər:
-
Ördək yumurtası və xərçəng əti ilə hazırlanmış əriştə
-
Şirin xurma içlikli forma verilmiş toplar
-
Çiçək formalı kremli tort
-
Mövsümi meyvələr və dondurma
-
Qəhvə və ənənəvi Çin çayı
Qeyd edək ki, ziyafətdə Çin və Azərbaycan musiqilərindən ibarət musiqi proqramı də təqdim olunacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













