Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar
Aprelin 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.
BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, Pekinin mərkəzində, Tiananmen meydanının qərb tərəfində yerləşən Böyük Xalq Sarayı Çinin ən yüksək səviyyədə dövlət tədbirlərinin və mərasimlərinin, o cümlədən Çin Kommunist Partiyasının qurultaylarının, ali qanunverici orqan olan Çin Xalq Nümayəndələri Yığıncağının illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlərinin rəsmi qarşılanma mərasimlərinin təşkil olunduğu dövlət sarayıdır.
Çin Xalq Respublikasının qurulmasının 10-cu ildönümü ilə əlaqədar inşa edilmiş Böyük Xalq Sarayı 1959-cu ildə istifadəyə verilib. Çin xalqının milli birliyinin rəmzi olaraq dizayn edilmiş saray 3 hissədən ibarətdir. Kompleksə Böyük və Əsas auditoriumlar, Konqres, ziyafət, rəsmi qonaqların qarşılanması zalları, Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin ofis binası daxildir. Böyük Xalq Sarayında Çinin hər bölgəsinin adına zallar var.
Saray dövlət tədbirlərinin olmadığı vaxtlarda ayın müəyyən günlərində ictimaiyyətin ziyarəti üçün açıq olur.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













