Futbol hakimi matç zamanı öldü
Far.Az xəbər saytı

Futbol hakimi matç zamanı öldü


Krasnoyarks vilayətinin Açinsk şəhərində keçirilən futbol matçı faciə ilə nəticələnib. Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunan turnir çərçivəsində təşkil edilən oyunda baş hakim Artur İksanov qəfil vəfat edib.

Far.Az xəbər verir ki, SHOT kanalının məlumatına görə, oyun zamanı 45 yaşlı İksanov özünü pis hiss edib, huşunu itirərək meydançaya yıxılıb. Beş dəqiqə sonra hadisə yerinə çatan təcili tibbi yardım briqadası reanimasiya tədbirləri həyata keçirsə də, hakimi xilas etmək mümkün olmayıb. İlkin məlumatlara əsasən, ölümə ürək tutması səbəb olub.

İksanovun üç övladı qalıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər