XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
O, Minsk qrupu və onunla əlaqədar institutların ləğvi barədə Azərbaycanın tələbini qarşı tərəfin diqqətinə çatdırıb:
"ATƏT-in Minsk qrupu məhz Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuşdu və artıq ərazimiz işğaldan azad edilib. Ona görə də Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur. Əgər Ermənistan həqiqətən də məsələnin tam həllində maraqlıdırsa, Minsk qrupu və onunla əlaqədar strukturların fəaliyyətinin davam etdirilməsində təkid etməməlidir".
C.Bayramov həmçinin bildirib ki, hazırda normallaşma prosesi getsə də, Ermənistanın silahlanması və silahlandırılması narahatlıq doğurur.
Eyni zamanda nazir ATƏT-in Baş katibini Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin vacibliyi barədə də məlumatlandırıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













