Premyer Liqa: "Kəpəz" "Zirə" ilə qarşılaşacaq
Far.Az xəbər saytı

Premyer Liqa: "Kəpəz" "Zirə" ilə qarşılaşacaq


Misli Premyer Liqasının XXXII turunda bu gün "Kəpəz" "Zirə" ilə qarşılaşacaq.

BAKU.WS xəbər verir ki, görüş Tovuz şəhər stadionunda, saat 19:00-da başlayacaq.

Matçın baş hakimi Əliyar Ağayev olacaq. "Zirə" hazırda 61 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

Misli Premyer Liqası

IV dövrə, XXXII tur

26 aprel

19:00. "Kəpəz" – "Zirə"

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun ötən gün baş tutan "Turan Tovuz" - "Şamaxı" matçı 1:1 hesablı bərabərliklə bitib. XXXII tura aprelin 28-də yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyunlarının təyinatları bəlli olub
Premyer Liqa: “Zirə” – “Neftçi” oyununun hakimləri açıqlanıb
Azərbaycan Premyer Liqası: X turun hakim təyinatları açıqlanıb
Premyer Liqa: XXV turun təyinatları bəlli olub
Premyer Liqa: “Qarabağ” – “Araz-Naxçıvan” oyununun hakimləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər