Bəzi rayonlarda hava yağıntılı keçib, şimşək çaxıb - FAKTİKİ HAVA
Far.Az xəbər saytı

Bəzi rayonlarda hava yağıntılı keçib, şimşək çaxıb - FAKTİKİ HAVA


Azərbaycanın əksər rayonlarında aprelin 25-i gün ərzində hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb.

Far.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 26-sı saat 12:00-a olan məlumatında qeyd olunub. 

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 6, Gədəbəydə 5, Şahbuz, Daşkəsən və Şəkidə 3, Kəlbəcər, Sədərək və Balakəndə 2, Naxçıvan, Naftalan, Qəbələ, Xınalıq, Zaqatala, Qrız, Mingəçevir, Göygöl, Gəncə, Goranboy, Şəmkir, Tərtər və Yevlaxda 1 mm-dək olub.

Qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 22, Mingəçevirdə 18, Naxçıvanda 16, Şərurda 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 32, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış, qar yağır, külək əsir - FAKTİKİ HAVA - YENİLƏNİB-2
Bakıda külək güclənib, bəzi yerlərdə leysan yağır - YENİLƏNİB-2
Külək zəifləyib, yağıntılar tədricən kəsilib - YENİLƏNİB-3
Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Qax, Şəki, Xınalıq, Qusar, Qrız və Şahdağda qar yağır - FAKTİKİ HAVA- YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər