ABŞ-də iki nəfərin öldüyü hadisənin səbəbkarı mühakimə olunmayacaq
ABŞ-nin Kanzas ştatında gənclər arasında futbol turniri zamanı pikapı meydana çıxaraq iki nəfəri vurub öldürən qadına qarşı cinayət ittihamı irəli sürülməyəcək.
"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, bunu Sedcvik dairə prokuroru Mark Bennett istintaq başa çatdıqdan sonra bildirib.
İstintaqın versiyasına görə, 34 yaşlı qadın "Stryker Sports Complex" idman kompleksinin dayanacağında "Chevrolet 1500" markalı avtomobildə yatıb və sürətlər qutusunu parkinq rejiminə keçirməyib. Ehtimal olunur ki, o, yuxuda olarkən qaz pedalına basıb və bundan sonra avtomobil futbol meydançasına çıxıb.
Hadisə nəticəsində 6 yaşlı Koul Edrian və 35 yaşlı Nikolas Şafer həlak olub. 5-68 yaş aralığında olan daha 10 nəfər isə xəsarət alıb.
Müstəntiqlər 30-dan çox şahidi dindirib, sürücünün qan analizlərini aparıb və analoji avtomobillə vəziyyəti yenidən canlandırıblar. Qadının maşın idarə etmək qabiliyyətinə təsir edə biləcək maddələrdən istifadə etməsinə dair heç bir əlamət aşkar edilməyib.
Bennettin sözlərinə görə, istintaq qadının öz hərəkətlərinin təhlükəsini dərk etdiyini və insanları şüurlu şəkildə riskə atdığını müəyyən edə bilməyib. Prokuror vurğulayıb ki, mövcud sübutlar ştat qanunlarına əsasən ittiham irəli sürmək üçün kifayət deyil.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













