Bəxtiyor Mustafayev: İlham Əliyevin Özbəkistana səfəri çoxşaxəli əməkdaşlıqda yeni mərhələyə işarə edir
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ölkələr arasında çoxşaxəli əməkdaşlıqda yeni mərhələnin əsasını qoyub.
“Far.Az” xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Bəxtiyor Mustafayev Bakıda “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirin açılışı zamanı deyib.
“Qısa müddət ərzində iki ölkə hökumətlərin qarşılıqlı fəaliyyətini yeni səviyyəyə qaldırıb. İqtisadi əməkdaşlıq uğurla inkişaf edir”, - o bildirib.
B.Mustafayev vurğulayıb ki, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri layihəsi icra mərhələsindədir: “Bundan əlavə, iki ölkə bərpa olunan enerji sahəsində yaxşı potensiala malikdir”.
“Nəqliyyat əlaqələrinin inkişafı əməkdaşlıqda da mühüm rol oynayır. Hazırda Cənubi Qafqaz transformasiya mərhələsini yaşayır. Mərkəzi Asiya ölkələrinin bu sahədə böyük təcrübəsi var və bu təcrübəni tərəfdaşlarla bölüşməyə hazırdır”, - o vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Oxşar xəbərlər
Prezidentin səfəri: Strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələri - ŞƏRH
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Fərid Şəfiyev: Azərbaycan-Özbəkistan əməkdaşlığı möhkəm təməllər üzərində inkişaf edir
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













