"Sabah" və "Qarabağ" klubu cərimələnib
Far.Az xəbər saytı

"Sabah" və "Qarabağ" klubu cərimələnib


Misli Premyer Liqasında çıxış edən "Kəpəz", "Səbail", "Sabah" və "Qarabağ" klubları cərimələnib.

Far.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

26.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun "Kəpəz" – "Zirə" oyununda "Kəpəz" klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə "Kəpəz" klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

27.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun "Səbail" – "Araz-Naxçıvan" oyununda "Səbail" klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün "Səbail" klubu 700 manat cərimə edilsin (maddə 37);

27.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun "Sabah" – "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Sabah" klubu 800 manat cərimə edilsin (maddə 51.2);

27.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXII turun "Sabah" – "Qarabağ" oyunu bitdikdən sonra "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Qarabağ" klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

Oxşar xəbərlər

"Turan Tovuz"un azarkeşi vurmağa cəhd edən futbolçusu 2 oyunluq cəzalandırılıb
AFFA “Kəpəz” - “Turan Tovuz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb
AFFA Samir Abasova xəbərdarlıq edib
AFFA “İmişli” klubuna xəbərdarlıq edib
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər