İran MOSSAD üçün casusluq edən şəxsi edam etdi
Far.Az xəbər saytı

İran MOSSAD üçün casusluq edən şəxsi edam etdi


İran vətəndaşı Möhsün Ləngərneşin İsrailin xarici kəşfiyyat xidməti MOSSAD üçün casusluq etdiyi ittihamı ilə edam olunub.

Far.Az xəbər verir ki, İranın Məhkəmə Hakimiyyəti tərəfindən yayılan məlumata görə, o, "yer üzündə fəsad törətmək" və "dövlətə qarşı müharibə aparmaq" ittihamları ilə ölüm cəzasına məhkum edilmişdi. Hökm bu gün səhər saatlarında icra olunub.

İran mediasına görə, Ləngərneşin 2020-ci ilin oktyabrında MOSSAD-a qoşulub, müxtəlif təlimlər alıb və ilk tapşırığını həmin ilin dekabrında yerinə yetirib. O, 2022-ci ilin mayında Tehranda İnqilab Keşikçiləri Korpusunun zabiti polkovnik Səyyad Xodayinin qətlə yetirilməsinə dəstək verməkdə də ittiham olunub.

İran rəsmilərinin açıqlamasında qeyd olunub ki, Ləngərneşin dindirilmə zamanı ittihamları qəbul edib və fəaliyyətlərini ətraflı etiraf edib. Bildirilib ki, o, 2 il ərzində həm ölkə daxilində, həm də xaricdə MOSSAD agentləri ilə təmasda olub, Müdafiə Nazirliyinə bağlı İsfahandakı sənaye müəssisəsinə edilən hücumda texniki və logistik dəstək göstərib, rabitə infrastrukturu qurub, avadanlıq təmin edib və təhlükəsizlik məqsədilə bəzi əyalətlərdə evlər kirayələyib.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər