Azər Məmmədrəhimov nazir müavini oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən Azər Şahverdi oğlu Məmmədrəhimov Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Far.Az xəbər verir ki, A.Məmmədrəhimova nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
O, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.
Həmçinin, 2016-2021-ci illər ərzində Ümumdünya Poçt İttifaqının Poçt Maliyyə Xidmətləri Komissiyasının həmsədri, 2021-ci ildən "Azərpoçt" MMC-nin Müşahidə Şurasının katibi kimi fəaliyyət göstərib. 24 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Dövlət qulluğunda fərqlınməyə görə" medalı ilə təltif olunub.
2024-cü ilin avqust ayından cari tarixə qədər isə "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.
Qeyd edək ki,bu təyinatadək Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifələrini Rahid Ələkbərli icra edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mehriban Əliyevanın doğum günüdür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













