Apple istehsalında YENİLİK
Far.Az xəbər saytı

Apple istehsalında YENİLİK


ABŞ Ticarət naziri Hovard Lütnikin açıqlamasına görə, Apple şirkəti iPhone istehsalını ABŞ-a köçürməyə hazırdır, lakin bunun üçün öncə lazım olan robotlaşdırılmış "mexaniki qollar"ın mövcud olması şərtdir.

Far.Az xəbər verir ki, nazir bu bəyanatını Apple-ın süni intellekt serverlərinin istehsalı və Texasda yeni zavodun inşası üçün ABŞ-yə 500 milyard dollar sərmayə yatırmaq öhdəliyi ilə əsaslandırıb. O bildirib ki, Apple-ın baş direktoru Tim Kuk ilə iPhone istehsalı barədə müzakirələr aparıb. Kuk ABŞ-də istehsal üçün insan əməyi əvəzinə robotlaşdırılmış texnologiyaya ehtiyac duyulduğunu qeyd edib və xarici işçilərin işə qəbulunun yarana biləcək risklərdən narahat olduğunu bildirib.

Tim Kuk istehsalda dəqiqlik və miqyas məsələsinin önəmini vurğulayaraq bildirib ki, robotlaşdırılmış texnologiya hazır olduqdan sonra istehsal ABŞ-yə köçürülə bilər. Həmin zaman istehsala birbaşa insan əməyi deyil, yerli texniki mütəxəssislərin idarə etdiyi avtomatlaşdırılmış sistemlər nəzarət edəcək.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər