Mayın 21-də Macarıstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçiriləcək
Mayın 21-də Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Macarıstan nümayəndəliyinin icraçı direktoru Balazs Hendrich Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən "Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi"" adlı panel iclasında deyib.
O qeyd edib ki, bu zirvə də daxil olmaqla qarşıdakı görüşlər ortaq gələcəyi formalaşdırmaq və yeni təşəbbüslərə start vermək baxımından həlledici rol oynayacaq:
"Macarıstanın bu proseslərdə fəal iştirakı eyni zamanda məsuliyyətli imkan kimi dəyərləndirilmişdir. Səylərimizi TDT-nin strategiyaları ilə uyğunlaşdıraraq bölgələr arasında azad ticarət və investisiyanı təşviq edə, innovasiya və rəqəmsal tərəfdaşlıqları inkişaf etdirə, daha yaxşı gələcək üçün dayanıqlı yaşıl siyasətləri irəli apara, mədəni və mənəvi bağlarımızı möhkəmləndirə bilərik.
TDT sadəcə bir ittifaq deyil. Bu, tarix, dil və ortaq dəyərlərlə birləşən xalqlar ailəsidir. Birliyimiz müxtəlifliyimizi aradan qaldırmır, əksinə, onu ortaq tərəqqi naminə dəyərləndirir. Macarıstan bu ortaq yolun bir hissəsi olmaqdan qürur duyur".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır













