"Böyük dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazanıb
Far.Az xəbər saytı

"Böyük dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazanıb


Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha iki cüdoçusu medal qazanıb.

Far.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşıblar.

Azərbaycan cüdoçularının mübarizə apardığı finalda Elcan Hacıyev daha üstün olub və qızıl medal əldə edib. Vüqar Talıbov isə gümüş medal sahibi olub.

Digər Azərbaycan təmsilçisi Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimovla yarışacaq.

Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevlə üz-üzə gələcək.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazandı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurublar - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər